Şirak yeparxiyasında axtarışlar gedir | VİDEO

   Şirak yeparxiyasında axtarışlar gedir    | VİDEO
  27 İyun 2025    Oxunub:900
İyunun 27-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrüdəki Erməni Apostol Kilsəsinin (EAK) Şirak yeparxiyasının binasında axtarış aparmağa gəliblər.
AzVision.az xəbər verir ki, vəkil Miqran Poqosyanın açıqlamasına istinad edən Rusiyanın “TASS” agentliyi belə məlumat yayıb.

“Səhər tezdən təhlükəsizlik qurumlarının 30-a yaxın maskalı əməkdaşı Şirak yeparxiyasının binasına soxulub. “Tədbirlərin keçirilməsi” adı altında dindarlar yeparxiya binasına buraxılmırlar”, - Miqran Poqonsyan jurnalistlərə deyib.

Xatırladaq ki, iyunun 25-də Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan həbs olunub. Ölkənin İstintaq Komitəsi keşişin və 10-dan çox başqa şəxsin hakimiyyətin zorakılıqla ələ keçirilməsi və terror aktlarının hazırlanmasında iştirak etdiyini bildirib.

Artıq iş üzrə bir neçə təqsirləndirilən şəxs, o cümlədən keçmiş separatçı rejimin “deputatı” David Qalstyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan saxlanılıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   EAK   Şirak   axtarış  



Xəbər lenti